Dünyada koronavirusdan ölənlərin sayı 300 mini ötdü

SAĞLAMLIQ
00:03 15.05.2020
854
Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 300 783 pasiyent təşkil edir.

Bundan başqa, dünyada pandemiya ərzində 4 488 185 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 1 688 765 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 45 844 pasiyent ağır vəziyyətdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
///report

OXŞAR XƏBƏRLƏR