Dünyada yayılan meymunçiçəyi mutasiyaya uğrayıb? - Alimlərdən AÇIQLAMA

SAĞLAMLIQ
13:22 24.05.2022
677
"Meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübut yoxdur".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı son həftələr alimləri və mütəxəssisləri narahat edən meymunçiçəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
 
Meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübut olmadığını açıqlayan ÜST, Qərbi və Mərkəzi Afrikada bu yoluxucu virusun dəyişməyə meylli olmadığını açıqlayıb. 

Ümumdünya Səhiyyə Təşkilatının çiçək xəstəliyi şöbəsinin rəhbəri Rosamund Lewis meymunçiçəyi virusunda mutasiyaların adətən aşağı olduğunu bildirsə də, halların genom ardıcıllığını həyata keçirməklə mövcud epidemiyanın daha yaxşı başa düşülə biləcəyini ifadə edib.

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin yaydığı bəyanatda deyilir ki, meymunçiçəyi xəstəliyinə yoluxmuş insanlar 21 gün ərzində işə getməməli, immun sistemi zəif olan insanlar, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlarla təmasda olmamalıdır. 

Qeyd edək ki, Qərbi və mərkəzi Afrikanın tropiklərində tez-tez rast gəlinən meymunçiçəyi ilk dəfə 1958-ci ildə ortaya çıxıb. İlk hal 1970-ci ildə Konqo Demokratik Respublikasında aşkar edilib.
 
ABŞ-da ilk yoluxma halı 2003-cü ildə aşkar edilərkən, vəhşi heyvanlarda aşkar edildikdə, insanlarla təmasda olduqda və ya pis bişmiş ət istehlak edildikdən sonra yoluxa bilər. Bu virus dəridəki yaralar, tənəffüs yolları və ya göz, burun və ağız vasitəsilə yayılır.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR