Dünyada yeni virus yayılır: Peyvəndi yoxdur

Dünyada yeni virus yayılır: Peyvəndi yoxdur
DÜNYA
00:01 13.07.2022
1060
"Marburq virusu” sürətlə yayılmağa davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Ebola” virusuna bənzəyən və hazırda peyvəndi olmayan "Marburq virusu”nun simptomları göründükdən cəmi 9 gün sonra qan itkisindən ölümə səbəb olması dünyada böyük qorxu yaradıb.

Səhiyyə rəsmiləri bildirib ki, "Marburq” hazırda peyvəndi olmayan bir xəstəlikdir və adətən simptomlar göründükdən 8-9 gün sonra qan itkisi və şok nəticəsində ölümə səbəb ola bilər. Alimlər bu virusun Misir meyvə yarasalarından yarandığını düşünürlər.

Qeyd edək ki, virusun simptomları birdən-birə ortaya çıxır və xəstələr yüksək hərarət, şiddətli baş ağrısı, həddindən artıq yorğunluq və əzələ ağrılarına məruz qalır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR