Dünyada yeni virus yayılır - “Pomidor qripi”

SAĞLAMLIQ
13:25 03.06.2022
3995
Hindistanda "pomidor qripi” virusu yayılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Keralada ştatında yeni "pomidor qripi” virusu yayılmağa başlayıb. 

Keralada ştatında "pomidor qripi" aşkar edildikdən sonra onun sərhədlərində nəzarət gücləndirilib. Odişada ştatında 26 uşağa da pomidor qripi diaqnozu qoyulub.

Məlumata görə, xəstəliyin törədicisi bağırsaq viruslarıdır və 5 yaşa qədər uşaqlarda müşahidə olunur, böyüklərdə çox nadir hallarda rast gəlinir.

İnfeksiyanın simptomlarına alında, ayaqlarda və ombalarda ağrılı qabarcıqlar, qızartı və dərinin qıcıqlanması daxildir. Xəstəliyin simptomları sırasında isə qızdırma, ürəkbulanma, qusma, diareya və oynaq ağrıları var. Bu virusdan hələ ki, ölüm halı qeydə alınmayıb.

OXŞAR XƏBƏRLƏR