Dünyada sürətlə yeni xəstəlik yayılır

Dünyada sürətlə yeni xəstəlik yayılır
SAĞLAMLIQ
11:44 30.05.2022
716
Dünyanın xəstəliklərlə mübarizə apardığı bir vaxtda indi də yeni bir xəstəlik oraya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xəstəliyin çiyələkdən keçdiyi iddia edilir.

Bəzi orqanik çiyələklərdən keçdiyi deyilən virus daha sonra "Hepatit A"ya səbəb olur. Qeyd edilir ki, indiyə qədər xəstəliyə ABŞ-də 17 yoluxma faktı da qeydə alınıb.

Məlumata görə, 2022-ci il mart, aprel aylarında alınmış üzvi çiyələklərin bəzi markaları ilə bu epidemiya ilə əlaqəli bir xəstəliyin olduğu ortaya çıxıb.

Hazırda, ABŞ və Kanadadakı müxtəlif səhiyyə qurumları çiyələklərlə potensial olaraq əlaqəli olan bir hepatit epidemiyası ilə bağlı araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR