Dünyada yeni xəstəlik yaranıb: Bu simptomlarla özünü göstərir

Dünyada yeni xəstəlik yaranıb: Bu simptomlarla özünü göstərir
DÜNYA
12:28 01.08.2022
741
Torpaqda ölümcül bakteriya təşviş yaradıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyası bitmədən yeni xəstəliklər aşkarlanmağa davam edir. ABŞ-da torpaqda tapılan ölümcül bakteriyalar panikaya səbəb olub. Xəstəliyin ilk əlamətinin qızdırma olduğu bildirilib. 

ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (CDC) Missisipi Körfəzi Sahilinin torpağında və suyunda ölümcül bir bakteriya olduğuna diqqət çəkib. CDC virusun ilk dəfə ABŞ-da görüldüyünü ifadə edib. 

CDC xəstəliyin qızdırma, oynaq ağrısı və baş ağrısı kimi simptomlarla özünü göstərdiyini söyləyib. 

Qeyd edək ki, sözügedən xəstəliyə adətən Cənubi Asiya, Avstraliyanın şimalı kimi tropik bölgələrdə rast gəlinir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR