"Dünyadakı prosesləri düzgün anlamaq üçün hər gün QURAN oxuyuram..."- TONİ BLEYER

MARAQLI
11:35 19.12.2019
3158
İngiltərənin keçmiş baş naziri Toni Bleyer dünyada gedən prosesləri daha yaxşı başa düşmək üçün hər gün Qurani-Kərimi oxuduğunu bildirib. Bleyer bu sözləri "A Journey" ("Bir səyahət") adlı kitabda qeyd edib.
 
Bleyer qloballaşan dünyada "inanc" mövzusunda daha ətraflı məlumata sahib olmağın vacibliyini vurğulayaraq qeyd edib ki, bunun üçün hər gün davamlı olaraq Quran və İncil oxumaq lazımdır. O, kitabında qeyd edib ki, dünyanı daha yaxşı dərk etmək üçün ilahi kitabları oxumaq son dərəcə mühümdür.

Qeyd edək ki, Toni Bleyer 1997-2007-ci illərdə İngiltərənin baş naziri olub.

/Deyerler.org/

OXŞAR XƏBƏRLƏR