Dünyagöz Bakı Xəstəxanasında Zərifə Əliyevanın anım mərasimi keçirilib - VİDEO

İQTİSADİYYAT
13:33 29.04.2019
6688
Bu gün Dünyagöz Bakı Xəstəxanası əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva üçün anım mərasimi keçirib.

AZXEBER.COM xəbər verir ki, anıım mərasıimi 2017-ci ildən bəri Azərbaycan xalqına xidmət edən Dünyagöz Bakı xəstəxanasının rəhbər şəxsləri, Türkiyyəli və Azərbaycanlı həkimlərinin, mətbuat işçilərinin iştirakı ilə həyata keçirildi.

Mərasimdə iştirak edənlər Zərifə Xanımın Azərbaycan oftalmologiya sahəsində etdiyi xidmətlərindən danışıldılar.

Türkiyyəli Cərrah oftalmoloq Seda Mütevelli indiki Azərbaycan xanımlarının belə aktiv iş həyatının, özgüvənlərinin olmasının onların tarixində örnək aldığı belə dəyərli xanımların olmasında gördüyünü bildirdi.

Professor cərrah Halil İbrahim Altinsoy və Dosent Doktor Erkan Ünsal Zərifə xanım Əliyevanın Azərbaycan göz səhiyyəsinin dünyaya tanıtmasından, onun gənc göz həkimlərinin yetişdirilməsində əməyindən, yazdığı elm əsərlərindən, ixtiralarından danışdılar.

Türkiyyədə Uzmanlıq təhsili almış, hazırda Dünyagöz Bakı xəstəxanasında fəaliyyət göstərən Nərgiz İsmayılova Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiyasında yaratdığıyeniliklərdən, tibb elminə verdiyi töhfələrdən,xeyriyyəçilik xidmətlərindən bəhs etdi.

Qeyd edək ki, 1996-cı ildə fəaliyyətə başlayan Dünyagöz Xəstəxanalar Qrupu bütün filialarında və ən son texnologiyalarla həyata keçirdiyi yüzlərlə fərqli müalicə üsulları ilə göz və göz çevrəsinin sağlamlığına dair problemlərin həllini tapır. Ölkəmizdə filial xəsətəxanaçılığı ilə yeni bir dövrə qədəm qoyan Dünyagöz Xəstəxanalar Qrupu gündə 8000 poliklinika və 1000 əməliyyat həcmi ilə dövlət daxilində və dövlətdən kənarda ümumilikdə 25 ayrı nöqtədə əsas sağlamlıq xidmətlərini həyata keçirir. Dünyagöz, sürətlə yenilənən qüsursuz texnologiyası, təlimçiləri və həkimlərindən ibarət 300 nəfərlik təcrübəli tibb personalı, 2500-ə yaxın heyəti və müasir idarəçilik anlayışları ilə qısa müddətdə dünyanın bir çox mərkəzləri arasında öz yerini tutdu. Bütün Türkiyə daxilində, İstanbul, Ankara, Antalya, İzmir, Adana, Samsun, Tekirdağ, Bursa, Konya, Sakarya və Gaziantəpədə olmaqla, 20 şöbə və dövlət xaricində Almaniyanın Frankfurt və Köln, Gürcintanın Tiflis, Azərbaycanın Bakı və Hollandiyanın Amsterdam şəhərlərində olmaqla 5 ayrı nöqtədə xidmət göstərir. Türkiyədə səhiyyə turizmində vacib rol oynayaraq dünyanın 107 ayrı xarici ölkəsində ildə təxminən 96 min xəstəyə xidmət göstərir
 

OXŞAR XƏBƏRLƏR