Dünyanı gözləyən yeni təhlükə: Onlarla ölkənin elektrik enerjisi kəsiləcək

Dünyanı gözləyən yeni təhlükə: Onlarla ölkənin elektrik enerjisi kəsiləcək
DÜNYA
14:31 06.09.2022
465
Dünyanı yeni təhlükə gözləyir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanı yeni təhlükə gözləyir. Yeni iddiaya görə, onlarla ölkənin elektrik enerjisi kəsiləcək.

Norveç mərkəzli müstəqil araşdırma təşkilatı Rystad Energy-nin LNG və elektrik bazarları araşdırmaçısı Kaushal Ramesh Anadolu Agentliyinə bildirib ki, Hollandiya mərkəzli, Avropanın ən dərin dərinliyinə malik virtual təbii qaz ticarət nöqtəsi TTF-də qiymətlər artmağa davam edir.

Asiya spot bazarlarında da qaz qiymətlərinin artdığına diqqət çəkən Ramesh Cənubi və Cənub-Şərqi Asiyanın bəzi bölgələrindəki ölkələrin yüksək qiymətləri qarşılaya bilmədikləri üçün Asiya bazarlarında qaranlıq qışla qarşılaşa biləcəklərini və bir çox ölkənin elektrik enerjisinin kəsiləcəyini söyləyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR