Dünyanı qorxuya salan dəhşətli virus Azərbaycanın bir addımlığında

SOSİAL
10:14 28.01.2020
5321
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 4 min 535, bu virus səbəbindən ölənlərin sayı isə 106 nəfərə çatıb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, ABŞ, Avropa və Asiyanın bəzi ölkələrində koronavirusa yoluxma hallarının aşkarlanması xəstəliyin sürətlə yayılması ilə bağlı narahatlıq doğurur.

Türkiyə mətbuatı yazır ki, dünyanı qorxuya salan virusa ölkə ərazisində də yoluxma halları istisna deyil. "Uhan virusu" adlandırılan yeni koronavirus hava damcı infeksiyaları ilə (tənəffüs, asqırma və öskürək) ötürülür.

NCoV-nin ilkin əlamətləri qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı və ishal kimi ortaya çıxsa da, sonrakı mərhələlərdə sətəlcəm və böyrək çatışmazlığına səbəb olur və nəticədə ölümlə nəticələnə bilər.

Virus səbəbindən ölənlərin sayı durmadan artdığı bir vaxtda Türkiyənin Konya şəhərindəki Çin vətəndaşı olan qadının koronavirus diaqnozuyla xəstəxanaya yerləşdirildiyi iddia olunub.
Çinli turist baş gicəllənmə, ürək bulanması və qusma şikayətiylə Konya Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.

Həkimlər çinli turistin koronavirus daşıyıcısı olmasından ehtiyatlanaraq onu karantinə salıblar. Gün ərzində karantində qalan qadında koronavirus aşkar edilməyib.

Qorxulu virusa yoluxma ehtimalı ilə İzmir Təpəcik Təhsil və Araşdırma Xəstəxanasına da xəstə gətirilib. İddiaya görə, 30 yaşlı K.Ü. adlı vətəndaş öskürək və yüksək qızdırma şikayətilə xəstəxanaya müraciət edib.

Koronavirusa yoluxma ehtimalı olduğu üçün Türkiyə vətəndaşı qapaılı otağa yerləşdirilib. Onun 10 gün əvvəl Çinin Uxan şəhərindən 600 kilometr uzaqlıqda yerləşən şəhərə səfərdə olması dəqiqləşib.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:12 07.08.2020

Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

17:00 07.08.2020

Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

16:55 07.08.2020

Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək olacaq - FOTOLAR

16:46 07.08.2020

Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı

16:21 07.08.2020

Naftalanda hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılır - Fotolar

16:03 07.08.2020

“Xanımlar işlərinə daha sadiqdirlər” - Zəhra Zeynalova

16:01 07.08.2020

Daşqın Rəcəbli: "Biz humanist xalq olduğumuzu dünyaya göstərməkdə davam edəcəyik"

15:57 07.08.2020

Mikayıl Cabbarov sahibkarların problemlərini dinlədi - Foto

15:38 07.08.2020

Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri

15:17 07.08.2020

Dövlət şirkətlərinə necə nəzarət ediləcək? - Nizamnamə

15:13 07.08.2020

Azərbaycan İnvestisiya Holdinqinin nizamnamə kapitalı 10 milyon manat olacaq

15:02 07.08.2020

Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman

14:48 07.08.2020

Azərbaycanda tələbə Kürdə batdı

14:44 07.08.2020

Azərbaycanda daha bir əxlaqsızlıq yuvası aşkarlandı

14:28 07.08.2020

Lukaşenkonun seçkilərdə ən böyük rəqibi 37 yaşlı bu xanımdır - VİDEO

14:12 07.08.2020

Serbiya silah məsələsinə görə Azərbaycana nümayəndə heyəti göndərir

X Mostbet