Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi bir vaxtda "Rusiya ordusunun nüvə silahından istifadə edərsə, nə baş verəcək?” sualı hər kəsin marağına səbəb olub.
Bəs, Rusiyanın ümumiyyətlə nə qədər nüvə silahı var?
AZXEBER.COM mövzu ilə bağlı kiçik araşdırma aparıb.
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ilk dəfə 1949-cu ildə nüvə silahını sınaqdan keçirərək, ABŞ-dan sonra dünyada nüvə silahına malik ikinci ölkə olub.
Bu iki ölkə arasında rəqabətə görə 1980-ci illərdə SSRİ-nin nüvə silahlarının sayı 40 mini ötmüşdü.
SSRİ-nin dağılması və Vaşinqtonla Moskva arasında imzalanan "Strateji silahların azaldılması sazişi” nəticəsində bu rəqəm sürətlə azalsa da, Rusiya hələ də dünyada ən çox nüvə silahına malik ölkə mövqeyində durur.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ötən il açıqladığı məlumatlara görə, Rusiya 6255 nüvə başlığı ilə dünyada birinci yerdədir.
Elə isə dünyada neçə nüvə silahı var?
- Rusiya: (6 min 255)
- ABŞ: 5 min 550 (1750 aktiv)
- İngiltərə: cəmi 215 (onlardan 120-si aktiv)
- Fransa: cəmi 300 (280 aktiv)
- Çin: Cəmi 260 (Aktivlərin sayı məlum deyil)
- Hindistan: Ümumilikdə 100-120 arasında (Aktivlərin sayı məlum deyil)
- Pakistan: Ümumilikdə 110-130 arasında (Aktivlərin sayı məlum deyil)
- Şimali Koreya: cəmi 10 (Aktivlərin sayı məlum deyil)
- İsrail: Cəmi 60-400 arasında (Aktivlərin sayı məlum deyil)
- Almaniya: cəmi 20 (Aktivlərin sayı məlum deyil)
- Türkiyə: Ümumilikdə 60-70 arasında (Aktivlərin sayı məlum deyil)
- İtaliya: Ümumilikdə 70-80 arasında (Aktivlərin sayı məlum deyil)
- Belçika: Ümumilikdə 10-20 arasında (Aktivlərin sayı məlum deyil)
- Hollandiya: cəmi 22 (Aktivlərin sayı məlum deyil)
Ayşən Mirzəyeva