Dünyanın 500 ən nüfuzlu müsəlmanı

DÜNYA
13:09 03.12.2013
1368

İordaniya Krallığının Strateji Araşdırmalar İnstitutunun qlobal ekspert sorğusu əsasında hazırladığı müsəlman dünyasının ən nüfuzlu 500 nəfərinin illik siyahısı açıqlanıb.

AZXEBER.COM “Islamnews”a istinadən xəbər verir ki, siyahının ilk pillələrində “Əl-Əzhar” Universitetinin şeyxi Əhməd Məhəmməd ət-Tayib qərarlaşıb.O, bu mövqeyi ikinci yerdə qərarlaşan kral Abdulladan təhvil alıb.Üçüncü mövqedə İran lideri ayətulla Xamneyi, növbəti yerlərdə isə İordaniya və Mərakeşin gənc kralları qərarlaşıblar. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu il altıncı yerə layiq görülüb. Siyahıda yeddinci yer İndoneziya prezidenti Susilo Bambanq Yedxononoya, səkkizinci yer İraq şiələrinin lideri ayətulla Sistaniyə, doqquzuncu yer Oman sultanı Kabusa məxsusdur. Onluğu Abu-Dabinin vəliəhdi və BƏƏ ordusunun baş komandanı şeyx Məhəmməd bin Zayed ən-Nahyan qapayır.Siyahıda həmçinin türk alim və təbliğçisi Fətullah Gülən, Misirin “Müsəlman qardaşlar” partiyasının liderləri şeyx Məhəmməd Badia və Hayrat əş-Şater, sabiq prezidenti Mursi və həkim Yusuf əl-Kərdavi, Pakistan məktəblisi Malala Yusefzai, İran prezidenti Həsən Ruhani, Pakistanın baş naziri Navaz Şərif və başqalarının adları var.

OXŞAR XƏBƏRLƏR