Sürücülərin keçdiyi bu yol min nəfərin həyatına son qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Karakoram Pakistan və Çin arasında mühüm magistral rolunu oynayır.
Pakistan və Çini birləşdirən Karakoram magistral yolu dünyanın ən təhlükəli yolları sırasındadır. Tikintisi təxminən 20 il davam edən Karakoram yolunun tikintisində çalışan 810 pakistanlı və 200 çinli torpaq sürüşməsi və ya uçurumdan yıxılaraq həyatını itirib.
Dar yolu, sıldırım qayaları və tez-tez buzlu şəraiti ilə diqqət çəkən Karakoram yolu dünyanın ən ölümcül yollarından biri hesab olunur.
Mühəndislik baxımından Karakorum yolunun inşası zamanı çətin şərtlərə və hündürlüyünə görə "dünyanın 8-ci möcüzəsi” olduğu bildirilir.
Ayşən