Dünyanın ən bahalı avtomobil markaları - SİYAHI

DÜNYA
17:51 01.10.2013
10213

"Toyota" 2013-cü ilin ən bahalı avtomobil markası olub. Interbrand konsaltinq şirkətinin məlumatlarına əsasən ən bahalı ticarət markalarının siyahısında onuncu sıranı tutan yapon markasının dəyəri 35 milyard 346 milyon dollar təşkil edir.

Azxeber.com 4charx.com-a istinadən xəbər verir ki, "Toyota"nın ardınca on birinci və on ikinci yerlərdə müvafiq olaraq Mercedes-Benz və BMW yerləşib. "Top-100" ilin ən bahalı şirkətləri siyahısına cəmi 13 avtomobil istehsalçısı düşüb. Onların arasında ilk dəfə Chevrolet şirkəti də var.

2013 ilin ən bahalı avtomobil markaları:

Toyota - 35,346 milyard dollar

Mercedes-Benz - 31,904

BMW - 31,839

Honda - 18,490

Volkswagen - 11,120

Ford - 9,181

Hyundai - 9,004

Audi - 7,767

Porsche - 6,471

Nissan - 6,203

Kia - 4,708

Chevrolet - 4,578

Ferrari - 4,013

Keçən ilki Interbrand reytinqində də həmçinin ən bahalı avtomobil markası Toyota olmuş və ikinci və üçüncü yerləri də müvafiq olaraq Mercedes-Benz və BMW tutmuşdu.

OXŞAR XƏBƏRLƏR