Dünyanın ən bahalı gənc futbolçularının - SİYAHISI
İDMAN
23:49 23.03.2012
3297
Portuqaliyanın “Futebol Finance” nəşri dünyanın ən bahalı gənc futbolçularının siyahısını açıqlayıb. Bu siyahıya dünyanın ən perspektivli oyunçularından biri, braziliyalı Neymar başçılıq edir. “Santos”un 19 yaşlı futbolçusuna bir çox klublar 30-55 milyon avro pul ödəməyə hazırdır.İkinci yeri Dortmund “Borussiya”sının istedadlı alman futbolçusu Mario Getse tutur. Onun qiyməti 30-45 milyon avrodur. İlk “üçlüyü” 21 yaşlı Mario Balotelli qapayır.Bu siyahıda 10-cu yeri Rusiyanın OMİK klubunun futbolçusu Alan Dzaqoyev yer alır. Mütəxəssislər onu 16-20 milyon avro qiymətində dəyərləndirir. (anspress)1. Neymar (Braziliya, 19 yaş, “Santos”) 30-55 milyon avro2. Mario Getse (Almaniya, 19 yaş, “Borussiya” D) 30-45 milyon avro3. Mario Balotelli (İtaliya, 21 yaş, “Mançester Siti”) 30-40 milyon avro4. Eden Azar (Belçika, 21 yaş, “Lill”) 27-35 milyon avro5. Cek Uilşir (İngiltərə, 20 yaş, “Arsenal”) 22-30 milyon avro6. Tyaqo Alkantara (İspaniya, 20 yaş, “Barselona”) 20-30 milyon avro7. Yann M'Vill (Fransa, 21 yaş, “Renn”) 20-25 milyon avro8. Fil Cons (İngiltərə, 20 yaş, “Mançester Yunayted”) 18-25 milyon avro9. David de Xea (İspaniya, 21 yaş “”Mançester Yunayted) 16-20 milyon avro