07:44 Bazar Günü, 15 Dekabr 2019
DÜNYA

Dünyanın ən bahalı küçələri - SİYAHI

21:01, 15.11.201928385
Dünyanın ən bahalı küçələri - SİYAHI

Honq Konqun Kozuey Bey küçəsi 2019-cu ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, bu barədə "Cushman Wakefield" konsaltinq şirkətinin reytinqində deyilir.

Bu küçədə ticarət obyektinin icarəsi bir kvadrat metr üçün illik 25,96 min avro təşkil edib.

Reytinqdə ikinci yerdə Nyu Yorkun Beşinci prospekti (21,3 min avro), üçüncü yerdə Londonun Nyu Bond küçəsi (16,2 min avro) qərarlaşıb.

 

Bundan başqa, ilk onluqda Yelisey çölləri (Paris), Montenapoleone (Milan), Gindza (Yaponiya), Pitt Strit Moll (Sidney), Banhofştrasse (Sürix), Mendon (Seul) və Kolmarkt (Vyana) küçələri yer alıb.

XƏBƏR LENTİ