Dünyanın ən bahalı toyu: Beyons səhnədə, Hillari Klinton qonaqlar arasında

Dünyanın ən bahalı toyu: Beyons səhnədə, Hillari Klinton qonaqlar arasında
DÜNYA
13:39 11.12.2018
10693
Hindistanın ən zəngin adamlarından biri olan Mukesh Ambaninin qızının toyu dünyanın ən bahalı toyu ünvanını qazanıb.


T
oyda dünyanın ən məşhur adamları iştirak edib. Qonaqlar arasında sabiq ABŞ dövlət katibi Hillari Klinton və Beyons da olub. Hindistanın ən zəngin adamı Mukesh Ambaninin qızı İsha Ambani ilə başqa bir milyarderin oğlu Anand Piramalın toyuna qonaqlar 100 təyyarə ilə gəliblər.
 
Forbes jurnalının məlumatına görə, Mukesh Ambani 47 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamlarından biridir Ambani ailəsi, dünyanın ən bahalı evi olan Mumbay şəhərində yaşayır. Antilia adlı 27 mərtəbəli evin dəyərinin bir milyard dollardan çox olduğu bildirilir. Evin müxtəlif mərtəbələrində bağlar və üç helikopter var. /// sfera.az
OXŞAR XƏBƏRLƏR