Mindiyi motosiklet çantanı oğurlayanı ən yaxın polis məntəqəsinə gətirərək polislərin qucağına atıb
Dünyanın ən bəxtsiz oğrusu Çində imiş.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qadının çantasını oğurlayıb qaçan qarətçi, tanımadığı motosikletə minərək aradan çıxıb.
Hadisəyə şahid olan və vəziyyəti qarətçiyə hiss etdirməyən motosikletçi, qarətçiyə inanılmaz şok yaşadıb. O, çantanı oğurlayanı ən yaxın polis məntəqəsinə gətirərək, qarətçini polislərin qucağına atıb.
Polis məntəqəsinin həyətinə girdikdə məsələni anlayan oğru, qaçmaq istəsə də. artıq hər şey gec idi.