Dünyanın ən böyük buz parçası hərəkətə başlayıb
Peyk görüntüləri, A23a kimi tanınan bir trilyon ton ağırlığında olan aysberqin güclü külək və cərəyanların köməyi ilə Antarktika yarımadasının şimal ucundan sürətlə sürüşdüyünü göstərib.
AZXEBER.COM xəbər verir ki, sözügedən buz parçası 1986-cı ildə Antarktidadakı Filçner Buz Şelfindən qopub, lakin okeanın dibində ilişib və uzun illər Weddell dənizində qalıb.
Aysberqin ölçüsü təxminən 4000 kvadrat kilometr olmaqla Nyu-Yorkdan təxminən üç, Böyük Britaniyadan iki dəfə böyükdür.
İngilis Antarktika Tədqiqatının buzlaqşünası Oliver Marş, bu ölçüdə bir aysberqin hərəkətdə olduğunun nadir hallarda müşahidə olunduğunu, buna görə də alimlərin aysberqin trayektoriyasını yaxından izləyəcəklərini söyləyib.
Aysel