Dünyanın ən böyük İKT infrastrukturu tələb edən konfransına hazırlıq necə görüldü? - VİDEO

Dünyanın ən böyük İKT infrastrukturu tələb edən konfransına hazırlıq necə görüldü? - VİDEO
SOSİAL
20:27 12.11.2024
242
"COP-29 İT departamenti nəhəng infrastruktur kimi COP-29 tədbirini informasiya texnologiyaları, audiovizual avadanlıqlar və həllər, xüsusi işıqlandırma və videomüşahidə sistemləri ilə təmin edir".

AZXEBER.COM xəbər verir ki, bu barədə COP-29 İT departamentinin direktoru Cavid Hüseynov detallı məlumat verib. COP-29 əməliyyat şirkətinin rəsmisi təmsil etdiyi komandaya yüksək keyfiyyətli xidmətin təminatı üçün Azərbaycanda və xaricdə keçirilən böyük tədbirlərin təşkilində təcrübəsi olan azərbaycanlı mütəxəssislərin cəlb edildiyini bildirib:

"Komandada texnologiya istiqamətində "Cisco", "Microsoft", "Xerox", "Barco", "Huawei", "Avigilon" və "HP" kimi aparıcı dünya şirkətləri yaxından iştirak edir. BMT-nin tələblərinə uyğun olaraq data mərkəzləri qurulub və fərqli istiqamətlərdən dayanıqlı və yüksəksürətli internet təmin edilib. Stadion sahəsi və yeni qurulmuş infrastruktur nəzərə alınaraq tədbir məkanında ümumilikdə 130 min m² ərazini əhatə edən simsiz və 6200-dən çox nöqtəni birləşdirən simli şəbəkə qurulub. Bu infrastrukturu ərsəyə gətirmək üçün isə 1100 km-dən çox kabel və optik xətlər çəkilib. 

Tədbir zamanı audiovizual həllər çərçivəsində ümumi sahəsi 700 m²-dən geniş videodivar qurulub. İştirakçı sayını nəzərə alaraq 3000-ə yaxın stolüstü mikrofon və 1000-ə yaxın monitor quraşdırılıb. Dünyanın müxtəlif nöqtələrindən gələn qonaqların rahat iştirakı üçün 8 dildə sinxron tərcümə sistemi təmin edilib".

Cavid Hüseynov, həmçinin peşəkar media tələblərinə uyğun olaraq professional işıqlandırma sisteminin quraşdırıldığını da sözlərinə əlavə edib. Onun bildirdiyinə görə, tədbir məkanında tələblərə uyğun olaraq süni intellekt əsaslı müasir kamera və müşahidə sistemi də qurulub:

"Tədbirdən 8 həftə öncə BMT tələblərinə uyğun olaraq İT infrastrukturunun və xidmətlərin sınaqları keçirilib və təsdiqlənib. Eyni zamanda informasiya texnologiyaları üzrə təqdim edilən xidmətlərin keyfiyyətinin 24/7 rejimində monitorinq edilməsi üçün Kibertəhlükəsizlik və Şəbəkə Əməliyyat Mərkəzi qurulub. Əminliklə deyə bilərəm ki, yaratdığımız İT infrastrukturu analoji dünyamiqyaslı tədbirlərdən müsbət mənada fərqlənir".

Sonda isə Cavid Hüseynov fikrini belə yekunlaşdırıb: "Qısa zamanda peşəkar komanda ilə belə nəhəng infrastruktur quraraq COP-29 ailəsinin parçası olmaqdan qürur duyuruq!".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO