Dünyanın ən böyük ombalı qadını - "Özümlə fəxr edirəm" - FOTO

MARAQLI
11:58 30.12.2013
13145
"Ombalarımın toplam diametri 2,13 metrdir. Hərəkət etməyə çətinlik çəkirəm, bəzən qapılardan keçə bilmirəm. Amma özümlə fəxr edirəm".
ABŞ-ın Çikaqo şəhərində yaşayan 33 yaşlı Sara Messinin çəkisi 203 kiloqramdır. İki övlad anasının dediyinə görə, belə yaşamaq asan olmasa da, özündən narazı deyil.
Sara Messi indi dünyanın ən böyük ombalı qadını sayılır.
"Hərəkətlərimdə məhdudluq olduğu üçün ayda 750 dollar məbləğində əlillik müavinəti alıram. Qadınlar məni eybəcər saya bilərlər. Lakin çox kişilər məni çox bəyənirlər. Sosial şəbəkələrdəki profillərimə hər gün yaxşı və pis şərhlər yazırlar. Pis şərhlərə fikir vermirəm. Öz həyatımı yaşayıram və belə də davam edirəm. Başımı dik tutmuşam", - Sara Messi söyləyib.
Onun sözlərinə görə, ombaları böyük olduğu üçün uşaqlıq illərində məktəbdə ona sataşır, ələ salır, "Yük maşını" adlandırırdılar.
"İndisə anlayıram ki, unikal bədən quruluşum var. Hətta yarıçılpaq fotosessiyalara da çəkilirəm. Bəli, bədənimdən utanmıram. Burada nə var ki?!Kök olduğum üçün dükanlarda paltar tapa bilmirəm. Bu səbəbdən paltarları onlayn dükanlardan sifariş verirəm. Böyük paltarlar bahadır və buna görə də pal-paltara ayda təxminən 800 dollar xərcləyirəm", - Sara Messi söyləyir.(milli.az)
OXŞAR XƏBƏRLƏR