Dünyanın ən böyük "Quran"ı Vladimir Putinə göstərildi - FOTO
DÜNYA
07:41 29.08.2012
2233
Rusiya prezidenti Vladimir Putin Tatarıstana səfəri çərçivəsində dünyanın ən böyük “Quran” kitabına baxıb. Rusiyanın dövlət başıçı tarix-memarlıq muzeyində olub. Orada sakinləri 922-ci ildə Rusiyada ilk dəfə İslamı qəbul edən şəhərin qalıqları saxlanılır. Dünyanın ən böyük “Quran” nüsxəsi də muzey-qoruğun ən maraqlı eksponatlarındadır. Müqəddəs kitabın çəkili 800 kiloqram, ölüçüsü 1,5-2 metrdir.