Dünyanın ən böyük saat qülləsini ildırım vurdu - VİDEO

Dünyanın ən böyük saat qülləsini ildırım vurdu - VİDEO
DÜNYA
10:27 28.09.2023
222
Ötən gecə Səudiyyə Ərəbistanının Məkkə şəhərində ildırımla müşayiət olunan yağış yağıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəvər verir ki, şiddətli yağış yağarkən ildırım Kəbənin yerləşdiyi Hərəm-i Şərif yaxınlığındakı məşhur saat qülləsini vuraraq qorxu yaradıb. Sosial mediada yayımlanan görüntülərdə bu, ildırımın çoxlu qollardan saat qülləsinə dəydiyi göstərildi.

Qeyd edək ki, otel və ticarət mərkəzlərinin yerləşdiyi və tikintisi 2010-cu ildə tamamlanan "Burc es-Saah" kimi tanınan göydələn 600 metr hündürlüyü ilə dünyanın ən böyük saat qülləsidir.
 
Gülay