“Azadlıq gəmisi” hər kəsin ağlını başından alacaq.
AZXEBER.COM xəbər verir ki, ABŞ-da inşa edilməsi planlaşdırılan “Freedom ship” (Azadlıq gəmisi) böyüklüyünə görə dünyanın ən böyük gəmisi olacaq.25 mərtəbəli olması planlaşdırılan bu gəmi kiçik bir şəhəri xatırladacaq və daimi olaraq hərəkətdə olacaq.İçində əyləncə və yaşayış üçün hər bir detalın nəzərə alındığı bu “gəmi şəhərdə” hətta metro xətti və təyyarə üçün eniş-uçuş sahəsi də olacaq.50 min nəfəri eyni vaxtda qonaq edə biləcək bu gəmi 2 ildə bir dəfə dünyanı dövr edəcək.Ümumilikdə, 1,7 kv/m sahəni əhatə edəcək “Azadlıq gəmisi”nin 10 milyard dollara başa gələcəyi bildirilir.
![](/file/pic/xeber/2013-11-29/79106.jpg)
![](/file/pic/xeber/2013-11-29/79108.jpg)
![](/file/pic/xeber/2013-11-29/79110.jpg)
![](/file/pic/xeber/2013-11-29/79111.jpg)
![](/file/pic/xeber/2013-11-29/79112.jpg)