Dünyanın ən dəhşətli həbsxanası müsəlman ölkəsinə köçürülür

DÜNYA
10:24 24.05.2013
1745

ABŞ prezidenti Barak Obama tərəfindən məhbusların Quantanamo hərbi həbsxanasından Yəmənə köçürülməsinə qoyulan qadağanı ləğv edib.

AZXEBER.COM-un Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, mayın 23-də Vaşinqtondakı Milli Müdafiə Universitetində çıxışı zamanı bildirib.Associated Press Obamanın bu qərarını 2012-ci ilin fevralında Yəmən prezidenti postunu tutan Əbd əl-Rəhman Mənsur əl-Hadinin öz ölkəsində təhlükəsizliyin gücləndirilməsi üzrə üzərinə öhdəlik götürməsi ilə əlaqələndirir.Agentlik qeyd edir ki, qadağanın ləğvi Quantanamo həbsxanasının bağlanması istiqamətində atılan növbəti addımdır. Çünki orada olan 166 məhbusdan 90-100 nəfəri əslən yəmənlidir.Barak Obama tərəfindən məhbusların Yəmənə köçürülməsinə qadağa 2010-cu ilin yanvarında potensial kamikadzenin “Əl-Qaidə”nin Yəmən bölməsinin tapşırığı ilə ABŞ-da aviareysi partlatmağa cəhd göstərməsindən sonra qoyulmuşdu.

OXŞAR XƏBƏRLƏR