Dünyanın ən gənc “qanuni oğru”su - FOTOLAR

DÜNYA
17:59 05.12.2014
12747
“Qanuni oğru”lar vahid təşkilatda birləşməkdikləri üçün onların dəqiq sayı barədə müxtəlif ehtimallar var. Lakin onların təxminən 530 nəfər olduğu güman edilir. “Qanuni oğru”ların 150-yə yaxını Rusiyada (onların 90-ı həbsdədir), 100 nəfərinin Gürcüstanda (demək olar hamısı həbsdədir), bir qisminin digər MDB ölkələrində (Azərbaycan, Ukrayna, Qazaxıstan, Ermənistan, Moldova, Qırğızıstanda) və Avropada yaşadıqları məlumdur. AZXEBER.COM-un modern.az saytına istinadən verdiyi məlumata görə, müxətlif yaş qruplarında olan bu cinayətkar aləm nümayəndələri arasında ən gənci Revaz Ubilavadır.Revaz Rastadiyeviç Ubilava 1993-cü il aprelin 10-də Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub. Yeniyetməlik illərində ailəsi ilə birlikdə Rusiyaya köçüb və Moskvadakı gürcü “qanuni oğru”ları ilə təmasa girib. O, cinayət aləmində Revaz Cvarski adı ilə tanınır və 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərindən narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay yatıb. Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan “Tbilisskie” qruplaşmasının tərəfinə keçib.2014-cü ilin yayında Türkiyədə “sxodka” keçirən “Tbilisski”lər qruplaşması liderləri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə - İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya “qanuni oğru” adının verilməsi haqda qərar qəbul edib. Bu, onların kriminal müharibələr zamanı özlərini etibarlı göstərmələri ilə bağlı idi.2014-cü ilin yayında MDB məkanındakı gürcü mafiyasının iki əsas qolu – “Suxumskilər”, yaxud meqrellər və “Tbilisskilər”, yaxud gürcülər qruplaşmaları arasında mövcud olan ənənəvi düşmənçilik daha da kəskinləşib.21 yaşlı Ubilava çox keçmədən rəqabət halında olduqları “Suxumskilər” qruplaşması ilə üzləşməli olur. 2014-cü il oktyabrın 20-də Ubilava Moskvada yaşadığı mənzildə 4 nəfərin hücumuna məruz qalır. Travmatik tapançadan açılan atəşlə qulağının bir hissəsini itirən Ubilava vəhşicəsinə döyülür.
OXŞAR XƏBƏRLƏR