Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?
SOSİAL
14:40 25.03.2023
404
ABŞ-da yerləşən və hərbi xarakterli məlumatları toplayan "Global Firepower” adlı internet saytı ölkələrin hərbi gücünə dair yeni sıralamanı paylaşıb. Sayt bu sıralamanı hazırlayan zaman 2023-cü il üçün ayrılan hərbi xərcləri də nəzərə alıb. 

AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü 100 ordusu sıralamasında Azərbaycanın da adı var. Azərbaycan sıralamada 57-cidir. 

Ermənistan isə siyahıda 94-cü yerdə qərarlaşıb. 

Digər qonşularımızdan Gürcüstan 85-ci, İran 17-ci, Türkiyə 11-ci sıradadır. Dəniz sərhəddimiz olan Türkmənistan 82-ci, Qazaxıstan isə 63-cüdür. 

Sıralamada ilk yerdə ABŞ qərarlaşıb. ABŞ-ni Rusiya, Çin, Hindistan və Böyük Britaniya izləyir. 
OXŞAR XƏBƏRLƏR