İqtisadi və texnoloji mövzularda professional yazıları ilə diqqət çəkən İngiltərənin “Business Insider” jurnalı dünyanın ən güclü ordularının siyahısını təqdim edib.
APA-nın "sputniknews.com"a istinadən verdiyi məlumata görə, siyahıya ABŞ rəhbərlik edir. 557 milyard dollar büdcəyə malik ABŞ ordusu döyüş təyyarələri və aviadaşıyıcılarına görə digər ölkələri qabaqlayır.
Siyahıda Rusiya ikinci, Çin, üçüncü, Türkiyə onuncudur.