Dünyanın ən güclü ordularının 2022-ci il siyahısı hazırlandı - Azərbaycan bu ölkələri geridə qoydu

Dünyanın ən güclü ordularının 2022-ci il siyahısı hazırlandı - Azərbaycan bu ölkələri geridə qoydu
DÜNYA
14:29 05.11.2022
328

Dünyanın ən güclü ordularının 2022-ci il siyahısı yenilənib.

AZXEBER.COM-un məlumatına görə, Beynəlxalq hərbi güc məlumatlarını toplayan ABŞ-da yerləşən Global Firepower internet saytı 2022-ci il üçün ən yüksək hərbi gücə malik ölkələrin siyahısını açıqlayıb.

Siyahıda ilk üçlüyü ABŞ, Rusiya və Çin tutub. Qardaş ölkə Türkiyə 13-cü yerdə qərarlaşıb.

Dünyanın ən güclü orduları sırasında Azərbaycan 100 ölkədən 63-cü yerdədir. Bu nəticə ilə ölkəmiz Gürcüstan, Qırğızıstan, Türkmənistan, Belçika, Qazaxıstan və s. kimi ölkələri geridə qoyub.

Qeyd edək ki, Ermənistan siyahıda 100 ölkədən 98-ci yerdədir.

Aydın
OXŞAR XƏBƏRLƏR