Dünyanın ən güclü pasportları bəlli oldu

MARAQLI
11:28 20.12.2023
260
Dünya üzrə viza məlumatları ilə bağlı xəbərlər təqdim edən "VisaGuide World" saytında dərc olunan yeni indeksə əsasən dünyanın ən güclü pasportlarının siyahısı məlum olub.
 
AZXEBER.COM "Euronews"ə istinadən xəbər verir ki, siyahıda İspaniya Sinqapuru geridə qoyub və birinci yerə yüksəlib. Türkiyənin siyahıdakı yeri isə dəyişməyib.

Məlumata görə, Türkiyə əvvəlki kimi 200 ölkənin yer aldığı siyahıda 94-cü yerdə qərarlaşıb.

Asiyanın aparıcı zəngin ölkələrindən biri olan Yaponiya ən güclü pasportlara malik ölkələr arasında 15-ci yerdə qərarlaşıb və Avropadan kənarda ilk 20-liyə daxil olan yeganə ölkə olub.

Son statistikaya görə, Almaniya 3-cü yerdə, İtaliya, Fransa, Hollandiya, Finlandiya, İsveç, Norveç, Danimarka, Çexiya, Portuqaliya, Macarıstan və Lüksemburq isə onu ardıcıl izləyirlər. Avstriya 16-cı yerdə olduğu halda, ilk 20-likdə İsveçrə, Belçika, İrlandiya və Polşa yer alıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR