Dünyanın ən gözəl adaları - FOTOLAR

Dünyanın ən gözəl adaları - FOTOLAR
17:32 02.04.2013
4784
Artıq məzuniyyət vaxtı çatır. Dünyanın ən gözəl adaların reytinqini təqdim edirik.Amberqris-KayeSiyahının birinci pilləsində Amberqris-Kaye qərarlaşıb. Onun sahillərini 306 km mərcan rifləri əhatə edir. Bu Şimal yarımkürəsindəki ən böyük mərcan rifləridir. Bu dayver idmançılarının cənnətidir. //anspressSent-Consİkinci yerdə Karib dənizindəki Sent-Cons adası gəlir. Adanın əsas "fişkası" ekzoturizmdir.Bora-BoraÜçlüyü Sakit okeandakı Fransa Polineziyasındakı Bora-Bora adası bağlayır. Bura fəal istirahət üçün idealdır. Safari təşkil etmək, üzmək, çimərlikdə qaralmaq, köpək balıqlarını yemləmək və sairə mümkündür.San XuanVaşinqton ştatının yanındakı San Xuan adası turistlər möhtəşəm çimərlik, milli park təqdim edir.SantoriniSantorini Egey dənizində yerləşir. Onun çimərlikləri xüsusi diqqətə layiqdirlər. Onlar qara vulkanik qumu və mavi dumduru suyu ilə fərqlənir.İsla-MuxeresKiçik Meksika adası olan İsla-Muxeres möhtəşəm çimərlikləri və qədim mayyalılara aid abidələri ilə məşhurdur. Onun sahillərində ekzotik su heyvanlarını müşahidə etmək, sörfinqlə məşğul olmaq olar.MureaTaitidən 17 km aralıda olan bu ada dünyanın ən böyük mərcan rifləri ilə əhatə edilib.Ko TaoTaylandda yerləşən ada öz adını yerli dəniz tısbağalarından alıb. Burada ilin 300 günü günəşli olur. Bura çimərlik istirahətini sevənlər üçün ideal məkandır.PasxaÇilidəki Pasxa adasına çatmaq elədə asan iş deyil. Bu dünyanın məskunlaşmadan ən uzaqda yerləşən adadır.Nusi-BeMadaqaskarın şimal sahillərindəki Nusi-Be adası onluğu qapayır. Bu turistlər arasındakı ən məşhur yerlərdən biridir. Adada vulkanik göl var. Vəhşi təbiət sevənlər buraya heyran olacaqlar.
OXŞAR XƏBƏRLƏR