“Dünya gözəli 2011” artıq məlum oldu. 22 yaşlı Venesuela təmsilçisi İvian Lunasol Sarkos Kolmenares bu ilin dünya gözəli seçilib. Müsabiqədə Sarkos Kolmenares rəqibləri- ikici yerə layiq görülən filippinli və üçüncü yerin sahibi puerto rikalı gözəlləri geridə qoya bilib. Qeyd edək ki, sayca 61-ci olan müsabiqə Londonda keçirilirdi. Bu gözəllik yarışmasında rekord həddə 122 nəfər gözəl iştirak edib. İlkin məlumatlara görə, Londondan yayımlanan gözəllik müsabiqəsini canlı olaraq dünyanın 150 ölkəsindən milyarddan çox tamaşaçı izləyib.