Dünyanın ən gözəl qızları bu bürclərin nümayəndələridir - SİYAHI

MARAQLI
12:56 08.05.2023
518
Astrologiya insanların xarakterləri haqqında kiçik ipuçları verməklə yanaşı, onların fiziki xüsusiyyətləri haqqında da fikir verir. Astroloqlar dünyaca məşhur adları da dəyərləndirərək, təbiətcə gözəl olan bürcləri izah ediblər. 

AZXEBER.COM astroloqların izahına əsasən, dünyanın ən gözəl qızlarını ehtiva edən 3 bürcü təqdim edir.

Şir
Şir bürcü qızları hər zaman diqqət mərkəzində olmağı bilirlər. Gözəllikləri və auraları ilə 10 metr məsafədən belə diqqət çəkə bilirlər. 24 iyul 1963-cü ildə anadan olan Cennifer Lopez Şir bürcü qızlarını təmsil edir.

Tərəzi 
Tərəzi qızlarının hər kəsin xəyal etdiyi üz cizgiləri və gözləri var. Sağlam görünmək üçün həm pəhrizlərinə əhəmiyyət verirlər, həm də nizamlı idman edirlər. 9 oktyabr 1996-cı ildə anadan olan Bella Hadid Tərəzi qızlarını əks etdirir.

Oğlaq 
Oğlaq bürcü qızları gözəl bədən quruluşu və dərin üz cizgiləri ilə diqqət çəkir. Dərilərinə çox diqqət yetirirlər. Cəsarətli və iddialı üslubları ilə hər yerdə diqqəti cəlb edirlər. 6 yanvar 1986-cı ildə Rusiyada anadan olan İrina Şeyk Oğlaq bürcü qızlarını təmsil edir.

Ayşən

OXŞAR XƏBƏRLƏR