Dünyanın ən iyrənc cinayətkarı tutuldu - FOTOLAR

DÜNYA
13:00 05.04.2013
6333

ABŞ polisi illərdən bəri axtarışda olan pedofili həbs edib. Pedofilin evindəki kompüterlərdən 1 milyona yaxın foto və video çıxıb.

Həmin fotolarla videolarda uşaqlardı. Ən iyrənc vəziyyətlərdə, cinsi əlaqə zamanı, lüt halda. ABŞ-ın Florida ştatının polisi və Federal Təhqiqat Bürosunun əməkdaşlarının birgə əməliyyatı nəticəsində Lisburq şəhərində yaşayan Con Şiren həbs olunub. Media bu adamı "Birləşmiş Ştatların ən murdar, dünyanın ən iyrənc cinayətkarı" adlandırır. Şiren uşaq pornoqrafiyası hazırlamaq, yaymaq və satmaqda, habelə azyaşlı uşaqlara cinsi təcavüzlərdə suçlanır. O, həbs olunarkən əynində uşaq paltarlarına bənzəyən alt paltarları da vardı. Şirenin evindəki dolablarda uşaq alt paltarları, pornoqrafik fotolar və videolarla dolu DVD disklər, fləş yaddaş kartları və s. vardı. 51 yaşlı Şirenə qarşı 20 bənddn ibarət ittihamnamə irəli sürülüb. O, dünyada uşaq pornoqrafiyasını yayan "1 nömrəli adam" sayılır. FTB agenti Ceff Dankan bildirib ki, Şirenin evində tapılmış 1 milyondan artıq fotoşəkil və videolardakı uşaqlar 4-12 yaşdadır.//milli.az

OXŞAR XƏBƏRLƏR