Dünyanın ən kasıb 10 ölkəsindən 9-u Afrikadadır

DÜNYA
12:32 16.10.2024
286
Dünyanın ən yoxsul 10 ölkəsindən 9-u Afrika qitəsidir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü il hesabatında qeyd edilir.
 
Hesabatdakı siyahıda ilk 3-lükdə Burundi, Cənubi Sudan və Malavidir.

Qeyd edək ki, buna əsaslanaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) 1992-ci ildən 17 oktyabr tarixini Ümumdünya Yoxsulluğun Aradan Qaldırılması Günü kimi qeyd edir və bütün ölkələri yoxsulluğun aradan qaldırılmasında fəal rol oynamağa çağırır.

Hər il bu tarixdə yoxsulluğa qarşı maarifləndirmə məqsədilə BMT çərçivəsində tədbirlər təşkil edilir. BMT-nin builki Ümumdünya Yoxsulluqla Mübarizə Gününün mövzusu Sosial və institusional sui-istifadəyə son qoymaqdır.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR