Dünyanın ən kök adamı əməliyyat olunaraq arıqlamaq istədiyini açıqlayıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir zamanlar dünyanın ən kök adamı olan ingilis Paul Mason arıqlayandan sonra tökülən dərisini yox etməkən ötrü əməliyyat olunmasını istəyir. Həkimlər buna icazə vermədiyinə görə, o, bu cür lüt şəkildə poz verərək şəkil çəkdirib və köklükdən əziyyət çəkdiyini bildirib. “Ümid edirəm ki, mənim bu halımı görəndən sonra Beynəlxalq Sağlıq Qurumu əməliyyat xərcini ödəyər. Onlara bu vəziyyətdə olduğumu göstərmək üçün bu cür şəkil çəkdirməyi qərara aldım. Həkimim bu şəkli sağlıq qurumunun işçilərinə göstərəcək. Yeriməkdə belə çox əziyyət çəkirəm. Bu əməliyyat mənim sağlığım üçün vacib şərtdir”.
AZXEBER.COM portalı olaraq, görüntünü sizə təqdim edirik.Ayşə İsazadə