Cosmopolitan jurnalı dünyanın ən məşhur ateistlərinin adı keçən siyahını hazırlayıb.
AZXEBER.COM “Qafqazinfo”ya istinadən xəbər verir ki, heç bir fövqəl qüvvəyə, ölümdən sonra hər hansı başqa həyatın varlığına inanmayan həmin tanınmışlar fikirlərini belə izah ediblər:
Ancelina Coli
“Bütün dinlərə istisnasız hörmət edirəm. Amma insanların dindən istifadə edərək kimisə təhdid etməyini xoşlamıram. Əksər dindarlar kiməsə nifrət edərək və kimisə öldürərək din kölgəsi altında gizlənirlər”.
Xyu Lori
“Mənim dinlə çox çətin münasibətlərim var. Mən ruhi musiqini, memarlığı anlayıram. Amma mən Allah haqqında heç nə bilmirəm. Allahı ancaq Allah başa düşə bilər”.
Codi Foster
“Niyə insanlar mənim ateist olduğumu bilən kimi təəccüblənirlər? Din həqiqətən də öyrənilməli bir elm sahəsidir. İnsanlar təbii ki, bütün bu müharibələrin nəyə görə aparıldığını bilməlidirlər”.
Xavyer Bardem
“Mən Allaha inanmasam da, Al Paçinoya inanıram. Əgər bir gün telefon zəng çalsa və məndən onunla eyni filmdə oynayıb-oynamayacağımı soruşsalar mən yəqin ki, dəli olaram”.
Kira Naytli
“Əgər mən ateist olmasaydım, mənim işlərim düz gedərdi. Sadəcə Allahdan bağışlanmağını istəyirsən və Allah bağışlayır. Bəli, bu, daha gözəl səslənir, nəinki ömür boyu hansısa bir günahla yaşamaq...”
Culiana Mur
“Əgər cənnət mövcuddursa və Allah məni orada gözləyirsə onun mənə ilk sözü bu olacaq: “Bax, gördün?! Mən var imişəm...””
Morqan Friman
“Mənim inam sistemimə görə Yaradan anlayışı yoxdur. Bu, tamamilə əksinədir. Əslində insanlar Allahı yaradıblar, bunlar hamısı uydurmadır”.
Vudi Allen
“Mən iudaizmlə tərbiyə olunmuşam. Amma illər keçdikcə narsismə keçmişəm”, - rejisssorun “Sensasiya” komediyasında belə deyilir.
Stiven Hokinq
“Əslinə baxanda mən Allaha inanıram. Yəni, əgər siz Allah adı altında kainatı idarə edən hər hansı qüvvəni təcəssüm etdirirsizsə mən də buna inanıram...”