Dünyanın ən məşhur kompyuter oyununda Azərbaycana qarşı təxribat - FOTO + VİDEO

MARAQLI
13:32 14.06.2013
4663

Dünyanın ən çox istifadə olunan strategiya tipli kompyuter oyunlarından biri olan “Total War” növbəti oyun seriyasının təqdimatını edib.

AZXEBER.COM-un məlumatına görə, “Rome II” adlanan oyun qədim Roma dövlətinin mövcud olduğu dövrü əhatə edir.

Oyun üçün tərtib olunmuş xəritədə maraqlı məqam diqqəti cəlb edir. Belə ki, burada qədim Azərbaycan torpaqlarının olduğu ərazinin böyük hissəsi “Armenia”, yəni “Ermənistan” adı altında yer alıb. Digər ərazilərimiz isə “Caucasia” (Qafqaz) adı ilə qeyd edilib.

Qeyd edək ki, “Total War” oyun seriyası Britaniya oyun təminatçısı olan “The Creative Assembly” tərəfindən istehsal edilib.

Ceyhun

OXŞAR XƏBƏRLƏR