“Forbes” dünyanın ən nüfuzlu evli cütlüklərinin adlarını açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, dərgi dünyanın ən nüfuzlu cütlüyü ABŞ prezidenti Barak Obama və Mişel Obamadır. Prezident dəfələrlə birinci xanımı çox sevdiyini qeyd edib.İkinci yerdə multimilyarder Bill Qeyts və onun xanımıdır. Microsoftun yaradıcısı olan ən varlı amerikalı həyat yoldaşı ilə birlikdə 67 milyard dollar qazanıblar.. Onlar ötən il 3,4 milyard dollar polimielitlə mübarizə üçün sərf ediblər.Ən nüfuzlu cütlüklərdən üçüncüsü musiqi aləmində yaxşı tanınan Cey-Zi və Beyonsdur.Ən nüfuzlü cütlüklərdən olan Hollivud ulduzları Bred Pitt və Ancelina Coli ötən il nişanlanıblar. İndi bütün dünya 6 övladları olan bu cürtlüyün toyunu gözləyir. Lakin Colinin süd vəzilərində əməliyyat keçirməsi evliliyi bir qədər təxirə sala bilər.Aktrisalar Portiya de Rossi və Edden Dedceneres 2008-ci ildə evləniblər. Bu nigahının legitimliyi ABŞ Ali məhkəməsində uzun zaman müzakirələrə səbəb olub.Bill hə Hillari klintonlar da amerikada nüfuzlu cütlüklər sayılır.Müğənni şakira və “Barselona”nın futbolçusu Pike dünyanın ən nüfuzlu cütlüklərindəndir. Yanvar ayında onların oğlu Milan dünyaya gəlib.Dünya şöhrəli modelyer Diana fon Furstenberq media maqnat Barri Dillerə ərə gedib. Onların ailə fondu bir çox xeyriyyə aksiyalarında iştirakı ilə tanınır.Futbolçu Tom Bredi və braziliyalı Jizel Bundhen 2009-cu ildə evləniblər. 32 yaşlı Bundhen dünyanın ən yüksək məvacibli modellərindən sayılır. Ötən il onun 45 milyon dollar dəyərində malikanə aldığı xəbər verilir.“Forbes” o qədər də nüfuzlu olmayan, lakin kifayət qədər hörmətli bir cütlüyü də bu siyahıya dzxil edib. Bu kraliça Yelizavetta və şahzadə II Filippdir. Onların evliliyi 65 ildir ki, davam edir.