Dünyanın ən şanslı adamı: 7 dəfə ölümdən döndü, daha sonra "cekpot" uddu

MARAQLI
00:37 13.01.2023
588
Xorvatiyada yaşayan musiqi müəllimi Frane Selak adlı şəxs 7 dəfə ölümdən qayıdıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən şanslı və bədbəxt insanı olduğunu deyən şəxs lotereyada cekpotu qazanıb.

Frane Selak açıqlamasında deyib: "Məsələyə iki fərqli prizmadan baxa bilərsiniz. Mən dünyanın ən şanssız insanı da ola bilərəm, ya da ən şanslısı. Mən ikinci olduğumu düşünməyə üstünlük verirəm".

Müxtəlif vaxtlarda müxtəlif ağır qəzalardan sağ çıxan Frane Selak bu macəralı həyatından sonra şansını lotereyada sınayır və 72 yaşında "cekpot"u qazanır.

2003-cü ildə 960 min dollar dəyərində lotereya qazanan Selak 2010-cu ildə özünə adalardan birində ev alıb, yerdə qalan pulu ailəsinə və dostlarına paylayıb.

Aydın


OXŞAR XƏBƏRLƏR