Dünyanın ən təhlükəli şəhərləri - Terror, qarşıdurma, qətl..

Dünyanın ən təhlükəli şəhərləri - Terror, qarşıdurma, qətl..
DÜNYA
13:43 27.05.2022
565
Dünyanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, reytinqinə görə, ən pis nəticəyə malik olan 12 şəhərdən 8-i Latın Amerikasındadır.

Siyahını tərtib etmək üçün cinayət (qətl, oğurluq və əmlaka dəymiş ziyan kimi), terrorizm, vətəndaş iğtişaşları və qarşıdurma ilə bağlı məlumatları toplanılıb.

Dünyanın ən təhlükəli şəhərləri siyahısında birinci yerdə Əfqanıstanın paytaxtı Kabil və Somalinin paytaxtı Moqadişu qərarlaşıb.

Siyahıda Latın Amerikasından Rio, El Salvador, Medellin və Boqota yer alıb.
 
Araşdırmada Latın Amerikasında riskləri şərtləndirən faktorların narkotik ticarətinin və quldur qruplaşmalarının əsas rol oynadığı bildirilib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR