Amerikalı Kris Ualton dünyanın ən uzun dırnaqlı insanı kimi Ginnesin rekordlar kitabına düşüb. Bununla əlaqədar Kitabın rəsmiləri Nyu-Yorkda yeni rekordun sahibəsinin təqdimatını keçirib. ABŞ-ın Nevada ştatında yaşayan Ualton artıq 18 ildir dırnaqlarını uzadır. Rekord sahibəsinin sözlərinə görə, o, heç vaxt rekord vurmaq istəyində olmasa da, Ginesin rekordlar kitabiına düşdüyünə görə xoşbəxtdir. “Dırnaqlarımı uzatmaq fikrim olmayıb. Onlar özləri uzanıb. Mən heç zaman fikirləşməmişdim ki, Ginesin rekordlar Kitabina adımı yazdıra bilərəm. Amma bu gün bunun üçün xoşbəxtəm”, - o, bildirib. Ualtonun dırnaqlarının uzunluğuna gəldikdə, onun sol dırnağı düz 3 metr 9 santimetr, sağ dırnağı isə 2 metr 9 santimetr təşkil edir.