Dünyanın ən varlı adamını siz də tanıyın

DÜNYA
11:08 18.05.2013
2201

O, yenə də dünyanın ən varlı adamıdır.

AZXEBER.COM-un məlumatına görə, bu barədə “Milyarderlər indeksi”ni hər gün təzələyən “Bloomberg” agentliyi xəbər yayıb.

Məlumata əsasən, bu şəxs - ABŞ-ın “Microsoft” korporasiyasının banisi Bill Geyts dünyanın ən varlı adamı titulunu geri qaytarıb. B.Geyts sonuncu dəfə bu reytinqin zirvəsində 2007-ci ildə olub.

57 yaşlı Geytsin sərvəti artaraq 72,7 milyard dollara çatıb ki, bu da ötən illə müqayisədə təxminən 10 milyard dollar çoxdur. Beləliklə, o, meksikalı mediamaqnat Karlos Slimi 550 milyon dollar geridə qoyub.

Geyts son illər vaxtının çoxunu ailə xeyriyyə fondunun fəaliyyətinə həsr edir. O, həmin fonda 28 milyard dollar ianə edib.

73 yaşlı Karlos Slimin sərvəti 2013-cü ilin əvvəlindən bəri 2 milyard dollar azalaraq, hazırda 72,1 milyard dollara bərabər olub. Bu, Meksika Konqresinin 2013-cü ilin aprelində “America Movil” korporasiyasının inhisarını məhdudlaşdırmaq məqsədi ilə qərar qəbul etməsi nəticəsində mümkün olub.

Bu siyahıda üçüncü yeri amerikalı investor Uorren Baffet tutur. Onun sərvəti 59, 6 milyard dollar civarında qiymətləndirilir. U.Baffetin ardınca “Inditex” ticarət imperiyasının banisi Amansio Orteqa (56 milyard dollar) gəlir, “ilk “beşliyi” İsveçin “IKEA” konserninin təsisçisi İnqvar Kamprad (55, 5 milyard dollar) tamamlayır.

Qeyd edək ki, “Bloomberg” agentliyinin reytinqi cəmi 100 adamı əhatə edir.

OXŞAR XƏBƏRLƏR