Dünyanın ən varlı futbol klubları - SİYAHI

İDMAN
11:02 22.01.2015
1312

Türkiyənin “Qalatasaray” klubu isə 18-ci yerdə qərarlaşıb.

“Deloitte” konsaltinq şirkəti dünyanın ən varlı klublarının yeni reytinq siyahısını açıqlayıb.AZXEBER.COM-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya yenə Madrid “Real”ı (İspaniya) başçılıq edir. “Real” artıq 10 dəfədir ki, dalbadal liderliyini qoruyub saxlayır.

2013-2014 mövsümünün yekununa görə, kral klubunun gəliri 550 milyon avro təşkil edib. İngiltərənin “Mançester Yunayted” klubu ikinci, Münhenin “Bavariya” klubu isə üçüncü olub.

Qeyd edək ki, siyahının ilk 20-liyində 8 İngiltərə klubu yer alır. Türkiyənin “Qalatasaray” klubu isə 18-ci yerdə qərarlaşıb.1. “Real” (İspaniya) - 550 mln.2. “Mançester Yunayted” (İngiltərə) - 5183. “Bavariya” (Almaniya) - 4884. “Barselona” (İspaniya) - 4855. PSJ (Fransa) - 4746. “Мançester Siti” (İngiltərə) - 4147. “Çelsi” (İngiltərə) - 3888. “Аrsenal” (İngiltərə) - 3599. “Liverpul” (İngiltərə) - 30610. “Yuventus” (İtaliya) - 27911. “Borussiya” Dortmund (Almaniya) - 26212. “Milan” (İtaliya) - 25013. “Tottenhem” (İngiltərə) - 21614. “Şalke” (Almaniya) - 21415. “Аtletiko” (İspaniya) - 17016. “Napoli” (İtaliya) - 16517. “İnter” (İtaliya) - 164.18. “Qalatasaray” (Türkiyə) - 16219. “Nyukasl” (İngiltərə) - 15520. “Everton” (İngiltərə) - 144.

OXŞAR XƏBƏRLƏR