Dünyanın ən varlı ölkəsidir - Əhalisi isə kasıbdır

Dünyanın ən varlı ölkəsidir - Əhalisi isə kasıbdır
DÜNYA
12:13 31.03.2025
312
Mərkəzi Afrikada yerləşən Konqo Demokratik Respublikasında (KDR) dünyanın ən qiymətli mineralları, o cümlədən akkumulyatorlarda istifadə olunan kobalt, elektron cihazlar üçün lazım olan koltan, almaz və qızıl var.
 
AZXEBER.COM xəbər verir ki. ancaq bu zənginliyə baxmayaraq, Konqo iqtisadi göstəricilər araşdırıldığında dünyanın ən kasıb ölkələri sırasındadır.

Konqoda adambaşına düşən ÜDM 627,50 dollardır. Bu o deməkdir ki, ölkədə orta hesabla bir vətəndaş gündə cəmi 1,72 dollar qazanır. 

Siyasi qeyri-sabitlik və böhranlar ölkəyə real qlobal sərmayələrin cəlb edilməsinə mane olub. Vəziyyət keçmiş prezident Mobutu Sese Sekonun hakimiyyəti altında uzun illər davam edən diktator idarəçiliyi ilə daha da pisləşib.
 
Diktaturalarla idarə olunan ölkələrdə təbii sərvət sövdələşmələrindən əldə edilən gəlirlər ancaq hökmdarlara xeyir verir, xalq isə bu sərvətdən yararlana bilmir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR