Öz xarici görünüşü ilə internetin qadın istifadəçilərinin qəlbini fəth etmiş ən yaraşıqlı cinayətkar azadlığa çıxıb.
Bu barədə AZXEBER.COM “New York Daily News” istinadən xəbər verir.Nəşrin yazır ki, Ceremi Miks azadlıqda model biznesi ilə məşğul olmağı planlaşdırır.Miks odlu silahın qanunsuz saxlanılmasına görə həbs olunmuşdu. Lakin bu fakt onun dünyanın ən məşhur agentliklərindən biri ilə müqavilə bağlamasına mane olmayıb.Qeyd edək ki, Miksin şəkli Stokton şəhərinin polis bölməsinin `Facebook` səhifəsində paylaşıldıqdan sonra məşhurlaşıb. Şəkili 100 mindən çox istifadəçi bəyənib, 12,8 min dəfə paylaşılıb, şərhlərin sayı isə təxminən 27 minə çatıb.