Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır
DÜNYA
03:44 30.08.2026
139
İspaniya dünyanın ən yaraşıqlı kişilərinin yaşadığı ölkələrin reytinqində birinci seçilib.

Bu barədə sosial şəbəkələrdə yayılan paylaşımda bildirilib.

Siyahının hazırlanmasında müxtəlif beynəlxalq sorğular və reytinqlərin əsas götürüldüyü qeyd olunub.

Paylaşımda ispan kişilərinin xarici görünüşü ilə yanaşı, Aralıq dənizi tərzi, tünd saçları, qarabuğdayı görünüşü, rahat geyim üslubu və özünəinamlarının da bu fikrin formalaşmasında rol oynadığı vurğulanıb.

Bununla belə, gözəllik və cazibədarlığın subyektiv anlayış olduğu, bu cür reytinqlərin elmi və dəqiq ölçü hesab edilməməli olduğu da diqqətə çatdırılıb. 

/Axşam.az
OXŞAR XƏBƏRLƏR