Dünyanın ən yaşlı insanı 127 yaşında dünyasını dəyişdi

Dünyanın ən yaşlı insanı 127 yaşında dünyasını dəyişdi
DÜNYA
00:45 02.08.2023
315
Braziliyada planetin ən yaşlı insanı olduğu iddia edilən Seu Xose Paulino Qomez vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu haqda G1 portalı məlumat yayıb.

"İyulun 28-də Minas Gerais ştatının Zona da Mata şəhərindəki Pedra Bonitada bir kişi 127 yaşında öldü. Silva qeyd dəftərxanasının məlumatına görə, 1917-ci ildə qeydə alınmış nikah şəhadətnaməsinə əsasən, şəhərdə tək olan Xose Paulino Qomezin 4 avqust 1895-ci ildə anadan olduğu güman edilir”, - məlumatda qeyd olunub.

Yaxınlarının dediyinə görə, Qomez bütün ömrü boyu heyvandarlıqla məşğul olub, at belində səyahət edib.

Seu Xose Paulino Qomez yaşla əlaqədar çoxlu orqan çatışmazlığından ölüb.
OXŞAR XƏBƏRLƏR