Dünyanın ən yaşlı insanı Ethel Caterham 116 yaşını ailəsi ilə birlikdə qeyd edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, braziliyalı İnah Canabarro Lukasın ölümündən sonra dünyanın ən yaşlı insanı adını qazanan britaniyalı Ethel Caterhamın 116 yaşı tamam olub.
Qocalar evində yaşayan Caterham ad gününü ailəsi ilə birlikdə qeyd edib.
Kral III Çarlz istisna olmaqla, yaşlı qadının heç kəsə müsahibə vermədiyi bildirilib.
Qeyd edək ki, Caterham Birinci Dünya Müharibəsindən beş il əvvəl, 21 avqust 1909-cu ildə İngiltərənin Şipton Bellinqer kəndində anadan olub.
Məlumata görə, 2020-ci ildə 110 yaşında COVID-19-a yoluxan Caterham bu xəstəliyə də qalib gəlib.
Mikayıl