Dünyanın ən yaxşı 10 mərkəz müdafiəçisi açıqlanıb

İDMAN
19:48 30.03.2023
344
"FourFourTwo” nəşri dünyanın ən yaxşı mərkəz müdafiəçilərini açıqlayıb.

10 futbolçunun yer aldığı siyahıya avstriyalı David Alaba başçılıq edir.

İspaniyanın "Real Madrid” klubunun müdafiəçisi öz mövqeyinin ən yaxşısı hesab edilib. Maraqlıdır ki, "kral klubu”nun 3 oyunçusu ilk "10-luğ”a salınıb.

1. David Alaba ("Real Madrid”, İspaniya)

2. Markinyoş (PSJ, Fransa)

3. Ruben Diaş ("Mançester Siti”, İngiltərə)

4. Antonio Rudiger ("Real” Madrid”, İspaniya)

5. Kim Min Çje ("Napoli”, İtaliya)

6. Vilyam Saliba ("Arsenal”, İngiltərə)

7. Vircil Van Deyk ("Liverpul”, İngiltərə)

8. Dayo Upamekano ("Bavariya”, Almaniya)

9. Eder Militao ("Real Madrid”, İspaniya)

10. Kristian Romero ("Tottenhem”, İngiltərə)
OXŞAR XƏBƏRLƏR